Britaniyalılar Trampın ölkəyə girişinə qadağa qoymağı tələb edirlər

8-12-2015, 19:45
694

http://www.azerbaijan-news.az/images/contents/41a445af2c1af70dad36c1d15a4af4cd.jpg


Böyük Britaniyada internet istifadəçiləri krallığın daxili işlər naziri Tereza Meyin ünvanına məktub göndərmək üçün imza toplamağa başlamışlar. Onlar sənəddə ABЕћ Prezidenti vəzifəsinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın ölkəyə girişinə qadağa qoymağı tələb edirlər. Məktuba 100 min imza toplansa, onu İcmalar Palatasında müzakirə edəcəklər.
Sənədin müəllifi Aberdin sakini Syuzan Kellidir. O, dəfələrlə Trampı "Birləşmiş Krallıqda qəbul olunmayan davranışına, irqi və dini ədavəti qızışdırdığına" görə tənqid etmişdir.
Xatırladaq ki, srağagün Tramp müsəlmanların ABЕћ-a girişini tamamilə qadağan etməyə çağırmışdı. Siyaəstçinin bu çıxışı Ağ evdə tənqidlə qarşılanmışdır. ABЕћ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rodsun dediyinə görə, bu bəyanat Amerika dəyərlərinə ziddir. Rods qeyd etmişdir ki, belə təkliflər "yalnız terrorçuların dəyirmanına su tökür".


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: