İtaliyada "Kazalezi" mafiozlarına qarşı xüsusi əməliyyat keçirildi

10-12-2015, 21:50
771

http://www.azerbaijan-news.az/images/contents/294623bee9c7a8e12d85d90b089f2965.jpg


Dünən səhər polisin və karabinerlərin xüsusi təyinatlı bölmələri İtaliyanın cənubundakı Kazerta əyalətində mütəşəkkil cinayətkarlığa qarşı irimiqyaslı əməliyyat keçirmişdir. Əməliyyatın gedişində 24 nəfər, o cümlədən yerli inzibati orqanların nümayəndələri və nüfuzlu sahibkarlar həbs olunmuşdur.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyat "Kazalezi" mafiozi tayfasına qarşı yönəlmişdi. Həbs olunanlara qarşı mafiozi fəaliyyətində iştirak etmək, zorla pul almaq və çirkli pul yumaq ittihamı irəli sürülmüşdür. Əməliyyatın gedişində dəyəri 60 milyon avro olan iri ticarət mərkəzi müsadirə edilmişdir. İstintaq orqanlarının verdiyi məlumata görə, bu kommersiya obyekti 2011-ci ilin dekabrından bəri həbsdə olan "Kazalezi"nin başçısı Mikele Dzarqariya məxsusdur.
Həmçinin məlum olmuşdur ki, əməliyyat Neapol Mafiya ilə Mübarizə İdarəsinin sərəncamı ilə keçirilmişdir. İdarənin əməkdaşları istintaqın gedişində cinayətkar biznes nəticəsində əldə olunmuş pulları yumaq sisteminin üstünü açmışlar.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: