Ећotlandiya universiteti Trampı alimlik dərəcəsindən məhrum etdi

10-12-2015, 22:00
631

http://www.azerbaijan-news.az/images/contents/7f91ce9a0aa96d38f32867b302a2d41d.jpg


Ећotlandiyanın Robert Qordon Universiteti bəyan etmişdir ki, amerikalı milyarder, Respublikaçılar Partiyasından ABЕћ Prezidenti vəzifəsinə namizəd Donald Trampın fəxri alimlik dərəcəsini ləğv edir. Bu barədə BBC xəbər verir.
Universitetin mətbuat xidməti izah etmişdir ki, Trampın seçkiqabağı kampaniyada verdiyi bir sıra bəyanatlar ali məktəbin etikasına və dəyərlərinə ziddir.
Universitetin qərarına Trampın San-Bernardino şəhərində 14 nəfərin ölümü ilə nəticələnmiş silahlı hücumdan sonra müsəlmanların ABЕћ-a girişinin tamamilə dayandırılmasının vacibliyi barədə bəyanatı səbəb olmuşdur. Bundan başqa, ötən ayın əvvəllərində Parisdə törədilmiş terror aktlarından sonra Tramp ABЕћ-da bütün müsəlmanların məlumat bazasını yaratmağı təklif etmişdi.
Trampın bəyanatı dünya siyasətçilərinin və ictimai təşkilatların sərt tənqidi ilə qarşılaşmışdı. Ağ ev respublikaçıları Trampı dəstəkləməməyə və onu seçkilərdən uzaqlaşdırmağa çağırmışdı.
Qeyd edək ki, Tramp Robert Qordon Universitetində fəxri alimlik dərəcəsini 2010-cu ildə almışdı.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: