ABЕћ Türkiyəni terror hücumlarından xəbərdar etdi

10-12-2015, 22:30
607

http://www.azerbaijan-news.az/images/contents/326b5aebdc85017074118249040a047a.jpg


ABЕћ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyə hakimiyyət orqanlarını terrorçuların rusiyalı turistlərə hücumlar hazırlamasından xəbərdar etmişdir. Bu barədə "HaberTürk" qəzeti xəbər verir.
MKİ-nin xəbərdarlığının ardınca Türkiyə Daxili İşlər Nazirliyi ölkənin bütün vilayətlərinin polis idarələrini yüksək hazırlıq vəziyyətinə gətirmişdir. Qəzet yazır ki, ABЕћ kəşfiyyatı Türkiyə hüquq-mühafizə orqanlarına zorakılıq aktları planlaşdıran üç fələstinli barədə məlumat vermişdir. Qeyd olunur ki, ehtimal edilən terrorçular Türkiyə ərazisinə saxta şəxsiyyət vəsiqələri ilə daxil olmuşlar. MKİ-nin məlumatına görə, bu üç fələstinlinin Sinay səmasında Rusiyanın "Koqalımavia" aviasiya şirkətinin A321 təyyarəsinin partladılmasında əli var.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: