İran "Ећahdəniz" layihəsindəki 10 faizlik səhmini artıra bilər

16-12-2015, 03:00
532

http://www.azerbaijan-news.az/images/contents/63944d397e852ee174172803c6ff27ca.jpg


İran digər ölkələrlə birgə səhmə sahibi olduğu neft və qaz yataqlarındakı payını artırmaq niyyətindədir. Həmin yataqlar arasında Xəzərin Azərbaycan sektorundakı "Ећahdəniz" qaz yatağı da var.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın Neft Nazirliyinin beynəlxalq məsələlər üzrə direktoru Amir Hüseyn Zamaninia deyib. O bildirib ki, digər ölkələrdə neft və qaz yataqlarında İranın payının artırılması üçün işlər müəyyən plan üzrə davam etdirilir. Lakin hələ ki, yekun qərar qəbul edilməyib. Azərbaycanın "Ећahdəniz" qaz yatağında İranının payının artırılması məsələsinə də münasibət bildirən A.Zamaninia deyib: "Ећahdəniz" yatağı da həmin yataqlardan biri ola bilər. Lakin bununla bağlı hələ ki heç bir qərar qəbul olunmayıb.
Qeyd edək ki, İranın NICO şirkəti (National Iranian Oil Company) "Ећahdəniz" layihəsində 10 faizlik səhmə sahibdir.


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: