Dölət Aqrar Universitetində yubileylər qoşalaşıb

16-12-2015, 18:30
831

http://s017.radikal.ru/i441/1512/76/567a89c3f93a.jpg


http://s019.radikal.ru/i633/1512/3c/a637c05a96b0.jpg


http://s017.radikal.ru/i412/1512/f9/d07f47dd203b.jpg


Gündəlik Analitik İnformasiya Agentliyi ADAU-nun Mətbuat Xidmətinə istinadən yaydığı məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində əlamətdar yubileylər qeyd edilib. Azərbaycanda ali kənd təsərrüfatı təhsilinin 95, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna Ulu öndər Heydər Əliyev tərəfindən "Ећərəf nişanı" ordeni təqdim edilməsinin 35 ili tamam olub.
ADAU nun mətbuat xidmətindən verilən xəbərə görə yubley təntənəsində təhsil müəssisəsinin kollektivi, eyni zamanda vaxtilə burada fəaliyyət göstərən qocaman nəslin nümayəndələri və media mənsubları iştirak edib.
Yubiley tədbirində universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bildirilib ki, 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin qərarı ilə Bakı Politexnik İnstitutu, bir aydan sonra yəni dekabrın 16-da bu institutun nəzdində 5 fakültə, o cümlədən, kənd təsərrüfatı fakültəsi yaradılıb və bununla da ölkəmizdə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılıb. Aqronom N.A.Lebedev kənd təsərrüfatı fakültəsinin ilk dekanı təyin olunub. Bu fakültənin təşkili Azərbaycan xalq mədəniyyətinin inkişafı tarixində çox mühüm mərhələ olub. Onun təsis olunması Azərbaycanda yalnız ali kənd təsərrüfatı təhsilinin başlanğıc tarixi kimi qalmayıb, eyni zamanda respublikada kənd təsərrüfatı elminin yaranması və təşəkkülünün başlanğıcı kimi də tarixə daxil olub. Həmin fakültənin bazasında 15 may 1929-cu ildə Azərbaycan Kəmd Təsərrüfatı İnstitutu yaradılıb və bu institut 1931-ci ildə Gəncəyə köçürüldükdən sonra onun fəaliyyəti və inkişafı üçün yeni perspektivlər açılıb, qədim Gəncə respublikamızda kənd təsərrüfatı elmi fikrinin mərkəzinə çevrilib.
1979-cu il mayın 15-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradılmasının 50 illiyi ilə əlaqədar o illərdə Azərbaycanın rəhbəri olmuş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yüksək ixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı ilə "Ећərəf nişanı" ordeni ilə təltif edilib. 1980-ci il dekabrın 16-da Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev həmin ordeni AKTİ-yə təqdim edib.
Universitetin ilk dekanlarından İsmayıl Əliyev, profssor-müəllimlərdən Akif Axundov, Nurəddin Məmmədov, Rübail Allahverdiyev, Nüsrət Hüseyinov çıxışlarında ötən illərin xatirələrini dilə gətirib, Aqrar Universitetin Azərbaycan ali təhsil məkanında xüsusi yeri olduğunu vurğulayıblar.
Zaman ötüb, illər keçib, bu gün qədim Nizami yurdunda fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti olkə Prezidentin gündəlik diqqəti və qayğısı nəticəsində daha da inkişaf edib, Azərbaycan Ali məktəblərinin ön sırasında gedən təhsil ocağına çevrilib.
Yubiley tədbirində bu tarixi bayram münasibəti ilə hər bir ölkə vətəndaşı, universitetin professor-müəllim heyəti, tələbələr təbrik edilib, Azərbaycan aqrar elminin inkişafı naminə daha səmərəli fəaliyyət arzulanıb


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: