ADA Universitetində Ali Xarici Siyasət Kursunun buraxılış mərasimi keçirilib

17-12-2015, 06:00
725

http://www.azerbaijan-news.az/images/contents/c268fc5fe75980914857d94dd7e52f14.jpg


Dekabrın 16-da ADA Universitetində Xarici İşlər Nazirliyinin yüksək və orta ranqlı diplomatları üçün təşkil edilən Ali Xarici Siyasət Kursunun buraxılış mərasimi keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə iştirak edən nazir Elmar Məmmədyarov ADA Universiteti tərəfindən təşkil edilən kursların XİN və digər dövlət qurumları əməkdaşlarının peşəkarlığının artırılmasında mühüm rol oynadığını bildirib. Nazir ADA Universitetinin təcrübəsində təhsilə qoyulan sərmayənin ən faydalı sərmayələrdən biri olduğunu deyib.
Elmar Məmmədyarov ölkəmizin xüsusilə son illər ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, dünya birliyi ilə ikitərəfli və çoxtərəfli əsasda əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi, eləcə də hazırda dünyanın müxtəlif regionlarında baş verən hadisələr barədə tədbir iştirakçılarına məlumat verib.
Azərbaycanın nəqliyyat və enerji strategiyasından danışan xarici siyasət idarəsinin rəhbəri Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənubi Qafqaz qaz dəhlizi layihələrinin əhəmiyyətini vurğulayıb.
Sonra nazir diplomatların suallarını cavablandırıb.


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: