Müdafiə Sənayesi Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Ећəhidlər xiyabanını ziyarət edib

17-12-2015, 13:30
625

http://www.azerbaijan-news.az/images/contents/5b96872f3a4c2f7b526b9d040be2a730.jpg


Müdafiə Sənayesi Nazirliyinin kollektivi bu qurumun yaradılmasının on illik yubileyi münasibətilə dekabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Müdafiə Sənayesi Nazirliyinin kollektivi Ећəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: