Koalisiyanın hava zərbələri nəticəsində 9 iraqlı hərbçinin həlak olduğu təsdiqlənib

20-12-2015, 04:00
777

http://www.azerbaijan-news.az/images/contents/6a345be7c129d8d668f2713458b77466.jpg


İraqın müdafiə naziri Xalid əl-Obeydi dekabrın 18-də ABЕћ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus təyyarələrin səhvən endirdiyi hava zərbəsi nəticəsində 9 hərbçinin həlak olduğunu təsdiqləyib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, insident koalisiya aviasiyasının Əl-Fəllucə şəhəri yaxınlığında quru qoşunlarının hücumuna dəstəyi zamanı baş verib. Hadisə nəticəsində 9 iraqlı hərbçi, o cümlədən ordu zabiti həyatını itirib.
Bir qədər əvvəl İraqın təhlükəsizlik və müdafiə məsələləri üzrə parlament komitəsinin başçısı Hakim əz-Zəmli ABЕћ aviasiyasının Əl-Fəllucə şəhərinin cənub-qərbində yerləşən Ən-Nəymiyyə şəhərinə endirdiyi hava zərbəsi nəticəsində hökumət qüvvələrinin azı 30 hərbçisinin həlak olduğunu, 20 nəfərin isə yaralandığını deyib.
Hakim əz-Zəmli insidentlə bağlı ölkəsinin məhkəməyə müraciət edəcəyini bildirib.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: