Pakistanda iki yol-nəqliyyat hadisəsi nəticəsində on nəfər həlak olub

20-12-2015, 16:45
760

http://www.azerbaijan-news.az/images/contents/5c3a05c2da74e97ca435d11ba1416cee.jpg


Ötən gecə Pakistanda baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində on nəfər həlak olub, iyirmi nəfər yaralanıb.
Belə ki, Bəlucistan əyalətinin Xuzdar dairəsində iki mikroavtobusun toqquşması nəticəsində səkkiz sərnişin həlak olub, 15 nəfər yaralanıb. Pəncab əyalətində isə yük maşınının minik avtomobilinə çırpılması iki nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnib. Hər iki hadisədə yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Pakistanda hər ay onlarla adam yol-nəqliyyat hadisələrinin qurbanı olur. Buna əsas səbəb kimi yolların bərbad olması və sürət həddinin aşılması göstərilir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: