В«AzərikimyaВ» İB-də В«Mərhəmətli olmağa tələsin!В» devizi altında keçirilən növbəti xeyriyyə aksiyasına yekun vurulmuşdur

21-12-2015, 16:30
778

http://s017.radikal.ru/i405/1512/b7/95319cb2cd7d.jpg

http://s019.radikal.ru/i624/1512/28/389168b2eeeb.jpg

http://s020.radikal.ru/i707/1512/9c/bbc89e9c85b4.jpg

http://s017.radikal.ru/i425/1512/ef/e5343293e50d.jpg

http://s49.radikal.ru/i125/1512/9d/60a20ece5ec5.jpg

http://s020.radikal.ru/i708/1512/23/2e58de509699.jpg


SOCAR-ın В«AzərikimyaВ» İstehsalat Birliyinin Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi ilə birgə keçirdiyi В«Mərhəmətli olmağa tələsin!В» devizi altında növbəti xeyriyyə aksiyasına yekun vurulmuşdur.
Birliyin akt zalında keçirilən tədbirdə çıxış edənlər beş ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas qayəsinin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasına yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng qatmaq olduğunu vurğulamışlar. Məlum olmuşdur ki, bir ay davam edən aksiyaya "Azərikimya" İB, Sumqayıt Dövlət Universiteti, "Xəzər" Səhmdar Cəmiyyəti, "Karbamid" zavodu, Alyans Tekstil, "Azərtexnolayn" MMC, "Paşa Həyat" sığorta şirkəti, "Bismak" Qida-Sənaye müəssisəsi, "Sumqayıt" Peşəkar Futbol Klubu, "Delta Qrup", Sumqayıt Sukanal İdarəsi, "Rahat" marketlər şəbəkəsi də daxil olmaqla 15-ə qədər idarə və müəssisə, həmçinin fərdi sahibkar qoşulmuşdur.
Tədbirdə aztəminatlı ailələrin övladları olan 200-ə yaxın məktəbliyə təzə isti qış geyimləri – palto, papaq, ayaqqabı və s. paylanılmış, sağlamlıq imkanları məhdud olan uşaqlara isə geyimlər onların yaşadıqları ünvanda çatdırılmışdır.
Respublika В«Qızıl AyparaВ» Cəmiyyətinin Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova tərəfindən aksiyada fəal iştirakı ilə seçilən idarə və müəssisələrin nümayəndələrinə "Təşəkkürnamə"lər təqdim olunmuşdur.
В«AzərikimyaВ» İstehsalat Birliyinin Müşahidə Ећurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək bu xeyirxah təşəbbüsə qoşulan idarə və müəssisə rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarВ¬lığını ifadə etmiş, tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edərək, onlara müvəffəqiyyətlər arzulamışdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: