"Ећahdəniz-2": Azərbaycan heç nə itirməyəcək

23-12-2015, 08:00
537

http://www.azerbaijan-news.az/images/contents/66824ab6d93775346e3f541b7321cd62.jpg


Xəzərin Azərbaycan sektorundakı "Ећahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qazın Avropaya "Cənub" qaz dəhlizi ilə çatdırılması nəzərdə tutulub. Bu dəhliz üç mühüm seqmentdən ibarətdir. Onlardan birincisi Azərbaycanın və Gürcüstanın ərazisindən keçən, qazı Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Gürcüstan-Türkiyə sərhədinə qədər çatdıran Cənubi Qafqaz Boru Kəməridir (CQBK). Dəhlizin ən böyük hissəsini Türkiyənin ərazisində 20-dən çox bölgədən keçən və uzunluğu 1850 kilometr olan TANAP-Transanadolu Qaz Boru Kəməri təşkil edəcək. Sonuncu seqment isə TAP- Transadriatik Qaz Boru Kəməridir.
"Ећahdəniz-2"nin qazını qəbul etmək üçün CQBK-nın genişləndirilməsi nəzərdə tutulub ki, hazırda bu işlər uğurla həyata keçirilir. TANAP-ın tikintisi də irəliləyir. TAP layihəsinin gerçəkləşməsi isə hələ də sual altındadır.
Xatırladaq ki, Azərbaycan qazını Avropaya ixrac etmək təkcə TAP-ın arzusu deyildi. İlk mərhələdə bu məqsəd uğrunda dörd böyük kəməri təmsil edən şirkət mübarizə aparırdı. Bunlar SEEP (Cənub-Ећərq Avropa Kəməri), İTGİ (İnterkonnet Türkiyə, Yunanıstan, İtaliya) Poseydon, "Nabukko" və TAP idi. İxrac marşrutunun seçilməsi qərarı bu kəmərləri təmsil edən şirkətlərin təkliflərinin kommersiya, texniki və strateji meyarları əsasında aparıldı. Nəhayət, 2013-cü ilin iyun ayında "Ећahdəniz" konsorsiumu TAP-ı seçdi (Hazırda bu konsorsium BP - operator, AzЕћD, Cənub Qaz Dəhlizi Apstrim, "Petronas", "LUKoyl", NİKO və TPAO şirkətlərindən ibarətdir).
Bəs TAP-ın gerçəkləşməsinin sual altında olması hansı səbəbdən irəli gəlir? Səbəb odur ki, layihənin icrası üçün tranzit imkanlar təklif edən ölkələr, əsasən də Yunanıstan TAP-dan siyasi dividend qazanmaq üçün istifadə etməyə çalışır. Beləliklə, əməli iş görmək üçün qol çırmamaq istəmir. Bu isə heç də kiçik səbəb deyil. Çünki layihəyə görə uzunluğu 800 kilometr olacaq kəmərin 478 kilometri Yunanıstanın ərazisindən keçməlidir. Buradan kəmər Albaniyaya uzanacaq, sonra Adriatik dənizinin altından keçərək İtaliya torpağına çıxacaq.
Kəmərin inşası üçün çəkilən xərclərin özünü doğruldacağına şübhə yoxdur. Bununla belə, Avropada siyasi və iqtisadi böhran iştirakçı dövlətlərin layihəyə marağını azaldır. Həmin dövlətlər eyni zamanda, tranzit imkanlarını digər tərəflərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. İqtisadi imkanlar bir yana qalsın, Yunanıstan özünün strateji üstünlüklərini də Avropaya, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi işə salır.
Bəs TAP-ı kim tikməlidir? Azərbaycanın kəmərin inşasında maraqlı olduğu məlumdur. Çünki qeyd edildiyi kimi,"Ећahdəniz-2" qazını Avropaya bu kəmərlə nəql etməyi nəzərdə tutub. Avropa da nəzəri baxımdan TAP layihəsinin gerçəkləşməsində maraqlıdır. Çünki Azərbaycan qazı əvvəla, Avropanın Rusiyadan enerji asılılığını azaldacaq, ikincisi isə mavi yanacağın nəqli marşrutlarının şaxələndirilməsinə imkan yaradacaq. Yunanıstan da layihəyə ayrıca maraq göstərir. O səbəbdən ki, TAP onun ərazisindən keçdiyinə görə bu ölkənin enerjiyə tələbatının böyük hissəsini ödəyəcək və Yunanıstan layihənin iştirakçısı kimi daha ucuz qiymətə qaz ala biləcək. Bundan başqa, tranzit haqqı olaraq Yunanıstan istər yanacaq, istərsə də nağd vəsait şəklində tranzit imkanlarını maddiləşdirmək şansı əldə edəcək. Göründüyü kimi, TAP-ın inşasının başa çatmasında ilk növbədə, Avropa, o cümlədən Yunanıstan maraqlı olmalıdır.
Lakin bu maraq özünü işdə doğrultmur. Beləliklə, ortaya sual çıxır ki, kəməri kim inşa etməlidir.
Avropa bu istiqamətdə də atılacaq addımları Azərbaycandan gözləyir. Məntiqlə Azərbaycan bu məsələdə diktə edən tərəf olmalıdır. Çünki o, "Ећahdəniz-2"dən hasil edəcəyi qazı TANAP kəməri vasitəsilə Türkiyə ərazisinə çatdırmaq imkanına sahibdir. Türkiyədən o yana isə qazın nəqlində daha çox Avropa maraqlı olmalıdır. Bəs Avropa hazırkı hərəkətləri ilə nə demək istəyir? Belə çıxır ki, kəmərin inşasını ləngitməklə Azərbaycanın bu məsələdə də maddi təşəbbüskarlıq göstərəcəyinə ümid bəsləyir. Deməli, biz Avropa bazarını, buradakı alıcıları itirməmək üçün son nəticədə TAP-ın Yunanıstandan keçəcək hissəsini maliyyələşdirmək üçün vəsait ayırmağa razılaşmalıyıq? Bu, səhv fikirdir. Çünki Azərbaycanın öz qazını satmaq üçün alternativ variantları çoxdur. Məsələn, Türkiyənin mavi yanacağa tələbatı ildən-ilə artır. Rusiya və İranın bu ölkə ilə siyasi münasibətlərinin gərginləşməsi fonunda bazarda yaranan boşluğun Azərbaycan qazı imkanına doldurulması onsuz da bir alternativ kimi nəzərdən keçirilir.
Xatırladaq ki, "Ећahdəniz-2"dən ilkin mərhələdə ildə 16 milyard kubmetr qaz əldə olunacaq, bunun da 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropaya çatdırılacağı nəzərdə tutulub. Yaranmış şəraitdə həmin 10 milyard kubmetrə artıq Türkiyənin özünün ehtiyacı var. Ећimali İraqdan qaz nəqlinə başlayan Türkiyə tələbatının bir qismini də niyə "Ећahdəniz-2" qazı hesabına təmin etməsin? Deməli, Türkiyənin "Ећahdəniz-2"dən hasil ediləcək qazın tam alıcısına çevrilməsi ehtimalı artır.
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri zamanı verdiyi bəyanatlardan məlum olur ki, Azərbaycan qazının Türkiyəyə nəqlini həyata keçirəcək TANAP-ın inşası sürətləndirilərək kəmərin 2018-ci ildə təhvil verilməsi gözlənilir. Azərbaycanın mövcud enerji ehtiyatları ənənəvi bazarlar üçün yetir. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda bunun üçün Türkiyə bazarında əlavə imkanlar açılır. Bir halda ki belədir, onda Azərbaycanın əlavə maddi və siyasi risklərə gedərək TAP layihəsində iştirak etməsi nə dərəcədə zəruridir?
Bəlkə Avropa "müştəri həmişə haqlıdır" prinsipinə əsaslanır? Lakin yaddan çıxarmaq lazım deyil ki, bu prinsip enerji bazarı üçün yaramır. Avropaya qaz nəqli məsələsində Azərbaycan diktə edən tərəf olmalıdır. Ümumiyyətlə, bu məsələdə Azərbaycanın itirəcəyi bir şey yoxdur.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: