Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb

25-12-2015, 06:00
779

http://www.azerbaijan-news.az/images/contents/bbad869a87b5ca6375b73ded51f37d46.jpg


Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 86 cinayət faktından 34-nün üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: