SOCAR: Anbarlardakı aktiv təbii qazın həcmi 2,7 milyard kubmetrdir

25-12-2015, 19:10
444

http://www.azerbaijan-news.az/images/contents/08f3468629cbb2bf680974133433bdbd.jpg


2015-2016-cı il üzrə payız-qış mövsümü üçün Azərbaycan Respublikası Dövlət Neft Ећirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına təbii qazın vurulması prosesi uğurla başa çatıb. Ötən mövsümdən saxlanılan qalıq təbii qazla birlikdə hazırda yeraltı qaz anbarlarındakı təbii qazın həcmi 2 milyard 694 milyon kubmetrdir.
Dövlət Neft Ећirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində mühüm işlər görülür. 2015-2016-cı il üzrə payız-qış mövsümü üçün "Azneft" İB-nin Qaz Anbarlarının İstismarı İdarəsinin "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına təbii qazın vurulması başa çatıb. Bu proses mövcud qrafikə uyğun olaraq, bu ilin aprelində başlayıb və noyabrda yekunlaşıb. 2015-ci ilin qazvurma mövsümündə yeraltı qaz anbarlarına ümumilikdə 1 milyard 807 milyon kubmetr qaz vurulub. Bu həcmin 920 milyon kubmetri "Qaradağ", 887 milyon kubmetri isə "Qalmaz" qaz anbarlarının payına düşüb. Ötən mövsümdən saxlanılan qalıq təbii qazla birlikdə yeraltı anbarlarda qazın həcmi 2 milyard 694 milyon kubmetr təşkil edir.
Artıq noyabrın ortalarından etibarən 2015-2016-cı il üzrə qazgötürmə mövsümünə başlanılıb. İndiyədək anbarlardan ümumilikdə 646 milyon kubmetr həcmində "mavi yanacaq" götürülüb ki, bunun da 261 milyon kubmetri "Qaradağ", 385 milyon kubmetri isə "Qalmaz" qaz anbarlarının payına düşüb.
Anbarlardakı qaz ehtiyatı onu deməyə əsas verir ki, payız-qış mövsümünün sonuna kimi ölkə əhalisi "mavi yanacaq"la fasiləsiz olaraq təmin ediləcək.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: