Nigeriyada partlayış nəticəsində 100-dən çox adam həlak oldu

25-12-2015, 20:20
741

http://www.azerbaijan-news.az/images/contents/6c364838caa350cd452e95b515eea223.jpg


Nigeriyanın Anambra ştatının Nnevi şəhərində yerləşən qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində 100-dən çox adam həlak olmuşdur. Bu barədə "Assoşieyted Press" agentliyi xəbər verir.
Ећahidlərin dediyinə görə, avtosisterndən qaz balonları doldurularkən partlayış baş vermişdir. Yanğını söndürmək üçün bir neçə saat vaxt tələb olmuşdur.
Partlayışın əsas səbəbi qaz balonlarından istifadə zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmamasıdır. Qırmızı Xaçın mətbuat katibi Peter Kaçi "Röyter" agentliyinə bildirmişdir ki, qaz emalı zavodu tamamilə dağılmış, bir neçə ev zərər çəkmişdir.
Xatırladaq ki, 2006-cı ildə Laqos şəhərinin yaxınlığında neft kəmərində baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox adam həlak olmuşdur.


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: