Tornado ABЕћ-ın Alabama ştatında ciddi dağıntılar törədib

26-12-2015, 14:30
807

http://www.azerbaijan-news.az/images/contents/a4a192754ff70f969471b182b9caf46a.jpg


Tornado ABЕћ-ın Alabama ştatında yerləşən Birmingem şəhərində ciddi dağıntılara səbəb olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Milli Meteoroloji Xidmətin məlumatına əsasən tornado şəhərə dekabrın 25-də yerli vaxtla təxminən 17:00-da daxil olub. ABC telekanalı təbii fəlakət nəticəsində xəsarət alanların olduğunu, şəhərə xeyli ziyan dəydiyini bildirib.
Hazırda Alabama ştatının bəzi rayonlarında ən yüksək - "qırmızı" təhlükə səviyyəsi elan olunub. Milli Meteoroloji Xidmət leysan yağışları və daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Xatırladaq ki, bir qədər əvvəl ABЕћ-ın cənub-şərqində - Missisipi, Tennessi və Arkanzas ştatlarında baş verən qasırğa və leysan yağışları nəticəsində 14 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb və azı 40 nəfər xəsarət alıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: