Cənubi Amerikada daşqın: 150 min sakin evini tərk etdi

26-12-2015, 15:00
666

http://www.azerbaijan-news.az/images/contents/a323391c648255bc0b48d1c4c53085f1.jpg


Cənubi Amerikanın cənub hissəsində üç gündür davam edən daşqınlar üzündən 150 min nəfərdən çox adam ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır. Bu barədə "BBC News" xəbər verir.
Məlumata əsasən, fəlakətdən daha çox Paraqvay zərər çəkmişdir. Ölkə Prezidenti Orasio Kortes fövqəladə vəziyyət elan etmişdir.
Paraqvay çayında suyun səviyyəsi praktiki olaraq kritik həddə yaxınlaşmışdır. Səviyyənin bir qədər də qalxacağı təqdirdə paytaxt Asunsyon və ətraf rayonlar fəlakətlə üzləşəcək.
Hökumət güman edir ki, çayın sahillərində yaşayan bütün əhali, yəni on minlərlə adam təxliyə olunmalıdır.
Xeyli vaxtdır regionda qeydə alınmayan dəhşətli tropik yağışlar nəticəsində Uruqvay, Argentina və Braziliyada da əksər çaylarda suyun səviyyəsi artmışdır. Argentinanın şimalında təxminən 20 min nəfər təxliyə olunmuşdur. Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatında təxminən 1800 ailə ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır.


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: