BP: "Ећahdəniz"dən hasilatın artacağı gözlənilir

27-12-2015, 01:00
533

http://www.azerbaijan-news.az/images/contents/a296912205298428fd908786f08b4a51.jpg


Avqustda "Ећahdəniz" platformasında planlaşdırılmış istehsalın dayandırılmasına baxmayaraq 2015-ci ildə "Ећahdəniz Mərhələ 1"dən hasilatın artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə "bp-Azərbaycan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı "naturalgaseurope.com"a məlumat verib. O bildirib ki, bu ilin 11 ayında "Ећahdəniz Mərhələ 1"dən 6 milyard kubmetr qaz ixrac edilib. Bu rəqəm 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. 2014-cü ildə isə "Ећahdəniz"dən qazın ixracı 6,5 milyard kubmetr təşkil etmişdi.
Qeyd edək ki, 2014-cü ildə "Ећahdəniz Mərhələ 1" çərçivəsində 9,8 milyard kubmetrdən artıq qaz və 2,3 milyon ton kondensat çıxarılıb.
"Ећahdəniz"də iştirak payları belədir: bp (operator – 28,8 faiz), AzЕћD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOİL (10 faiz), NICO (10 faiz) və TPAO (19 faiz).

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: