Gəncə şagirdləri Aqrar Universitetlə tanış olur

8-01-2016, 12:00
935

http://s017.radikal.ru/i434/1601/f9/415a078efeca.jpg

http://s018.radikal.ru/i501/1601/90/965063e7ecb1.jpg

http://s017.radikal.ru/i404/1601/ff/db4949ee7ac8.jpg

http://s018.radikal.ru/i527/1601/69/c21ffa1f8c73.jpg


Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gəncə məktəblərinin buraxılış siniflərində oxuyan şagirdləri arasında tanıtım münasibətləri daha geniş miqyas alıb. Ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin parallel aparılması imkan verib ki, orta məktəb və universitet arasında əməkdaşlıq daha real əsaslar üzərində qurulsun və inkişafının yeni mərhələlərini təmin etsin.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinə ADAU-nun mətbuat xidmətindən bildirilib ki, Gəncənin 5, 6, 4,1 saylı məktəblərinin şagir parlamentinin üzvləri, eləcə də sıravi şagirdlər peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpuslarında olub, universitet haqqında geniş məlumat əldə ediblər. Onlara Universitetin tarixi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq lobarotoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumatlar verilib. Ећagirdlər anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. Baytarlıq fakültəsindən başlanan ekskursiya İqtisadiyyat fakültəsində başa çatıb. Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.
Bu ekskursiyalar vasitəsilə orta təhsilin son pilləsində olan şagird həm də ixtisas seçimində müəyyənlik əldə edir, gələcəkdə özündə hansı təhsil müəssisənin tələbəsi olmaq qənaətini yaradır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: