İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

21-01-2016, 16:00
493

http://s019.radikal.ru/i617/1601/c5/24da0c14ab17.jpg


Prezident İlham Əliyevin Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Ећevçoviç ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi qeyd edildi, bu baxımdan "Cənub qaz dəhlizi" layihəsinin əhəmiyyəti vurğulandı. Həmçinin "Cənub qaz dəhlizi" layihəsinin uğurla reallaşdırıldığı qeyd olundu, bu layihənin həyata keçirilməsinə Avropa Komissiyası tərəfindən tam dəstəyin göstərildiyi bildirildi.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: