Ünvanlı yardıma ehtiyacı olan ailələrin sosial müdafiəsi gücləndirilir

26-01-2016, 16:00
663

http://s010.radikal.ru/i311/1601/85/f69d69fff1e7.jpg


Yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans öz işinə başlayıb.
Sosial sahə üzrə panel iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə sosial sР°hədə olan problemlər və əldə edilən nailiyyətlər barədə danışıb. Bildirilib ki, yanvarın 25-də dövlətimizin başçısının sosial cəhətdən həssas kateqoriyalardan olan insanlara ödənişlərin artırılması, habelə ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə növbəti fərman və sərəncamlar imzalaması vətəndaşların rifah halının yaxşılaşdırılmasının aparılan siyasətin əsas istiqamətlərindən biri olduğunu təsdiqləyir.
Nazir qeyd edib ki, mövcud iqtisadi şəraitdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciətlərin nisbətən artması nəzərə alınaraq "Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli Sərəncama əsasən ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılması nəzərdə tutulub.
S.Müslümov diqqətə çatdırıb ki, ümumilikdə Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yalnız son on gün ərzində 23 Fərman və Sərəncamın imzalanması əhalinin rifah halının yüksəldilməsinin sosial-iqtisadi siyasətdə mühüm yer tutduğunu bir daha nümayiş etdirir.
İclasda icra hakimiyyətləri nümayəndələrinin və sahibkarların təklifləri səslənir, müzakirə olunur.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: