Aqrar Universitetin tələbələri ADA Universiteti ilə tanış olacaq

28-01-2016, 16:00
852

http://s019.radikal.ru/i618/1601/72/e9069e42156a.jpg

http://s50.radikal.ru/i130/1601/d6/1b1ebf955a3d.jpg

http://s020.radikal.ru/i705/1601/c9/f85788c589e1.jpg


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ADA Universiteti arasında Kənd Təsərrüfatı sahəsində Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr proqramının həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması üçün nazirliyin dəstəyi ilə ADA Universitetində müvafiq ixtisasın tədrisini səmərəli şəkildə təşkil edib həyata keçirməkdir. 17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar.
Gündəlik.info-ya ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə ADA Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndimə və əməkdaşlığı həyata keçirir. İlk qəbul 2016-2017-ci tədris ilində nəzərdə tutulub. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsədi ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər.
Qeyd olunan proqramla bağlı ətraflı məlumat almaq məqsədilə ADAU-nun 39 tələbəsi ADA Universitetində tədris, magistr proqramları, maddi-texniki baza, tələbə həyatı ilə yaxından tanış olmaq məqsədilə Bakıya yola düşüb. İki gün davam edəcək səfər zamanı ADAU-nun tələbələri ADA universitetinin rəhbərliyi, eləcə də xarici tələbələrlə görüşəcəklər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: