Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni aparat rəhbəri – TƏYİNATI

2-02-2016, 12:30
516

http://s017.radikal.ru/i438/1602/35/67db92580e8d.jpg


Zeynalovu Abdullayev əvəzlədi.

Əli İzzət oğlu Abdullayev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni aparat rəhbəri təyin olunub.

Əli Abdullayev 2009-cu ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib, əslən Cəlilabad rayonundandır.

Atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik etmişdir. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib.

Respublikanın əməkdar mühəndisidir.

Xatırladaq ki, nazirliyin əvvəlki aparat rəhbəri Vidadi Zeynalov "MTN işi" ilə əlaqədar ötən ilin oktyabr ayının 27-də həbs olunub və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

V.Zeynalov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Mənbə: http://www.oxu.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: