Martda Asiya və Sakit Okean ölkələrinin maliyyə nazirlərinin toplantısı keçiriləcək

3-02-2016, 11:00
392

http://s018.radikal.ru/i513/1602/81/21a9e3ee845a.jpg


Azərbaycan Respublikasının maliyyə naziri Samir Ећərifov BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Ећamşad Axtar ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın BMT strukturlarında fəaliyyəti məmnunluqla qeyd olunaraq regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından rolu yüksək qiymətləndirilib.
Ölkəmizin əlverişli coğrafi mövqeyi və əldə etdiyi uğurlar, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanları qeyd edilib, Ећimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan Asiya və Sakit Okean ölkələrinin maliyyə nazirlərinin toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: