Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

3-02-2016, 11:30
787

http://s019.radikal.ru/i643/1602/41/873aa7c60123.jpg


Fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin və AMEA-nın rəyasət heyətinin birgə təşkilatçılığı ilə yazıçı, publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr edilən elmi sessiya keçirilib.
İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib.
Akademik İ.Həbibbəyli milli ədəbi-ictimai fikir tarixinə töhfələr vermiş C.Hacıbəylinin mədəniyyətimizin inkişafı və təbliği sahəsindəki mühüm xidmətlərindən, həyat və fəaliyyətindən söz açıb.
Digər çıxış edənlər də Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Ceyhun Hacıbəylinin şəxsiyyəti və irsi barədə məlumat veriblər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: