Qərb Universitetində "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına dair müzakirələr aparılıb

4-02-2016, 15:20
762

http://s017.radikal.ru/i417/1602/69/63609f867180.jpg


Bakı Ећəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə fevralın 4-də Qərb Universitetində "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının müzakirəsinə dair tədbir keçirilib.
Universitetin tələbə-müəllim heyətinin iştirak etdiyi tədbirdə Dövlət Proqramı ilə bağlı müzakirələr aparılıb. Məqsəd tələbələrin dövlət gənclər siyasəti haqqında məlumatlandırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında tərbiyə olunması işinin gücləndirilməsi, ideya və təşəbbüslərinin dəstəklənməsidir.
Qərb Universitetinin rektoru Zemfira Məmmədova tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb. Rektor Azərbaycanda gəncliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dövlətin bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində bu gün gənclərimizin mühüm uğurlar qazanaraq ölkəmizi layiqincə təmsil etdiklərini, respublikamızın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını bildirib.
Baş İdarənin rəisi Raqif Abbasov ölkəmizdə gənclər üçün yaradılan şərait, Azərbaycan gəncliyinin inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. O, 2 fevral – Azərbaycan Gəncləri Gününün ulu öndər Heydər Əliyevin ölkə gəncliyinə hədiyyəsi olduğunu bildirib. Raqif Abbasov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda gənclərin inkişafı ilə bağlı indiyədək qəbul olunan Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində onların maraq dairəsinin genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, məşğulluqları və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Baş İdarə rəisi qarşıdakı dövr üçün "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının fəal ictimai müzakirəsinin aparıldığını, sənəddə yeni dövrün tələb və çağırışlarının tam nəzərə alındığını qeyd edib.
Sonra "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Sonda təhsildəki uğurlarına və ictimai həyatda fəal iştirakına görə fərqlənən bir qrup gənc Baş İdarə tərəfindən mükafatlandırılıblar.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: