Orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb

12-02-2016, 17:00
856

http://s017.radikal.ru/i409/1602/d8/94d99701a79a.jpg


Orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınmaqla, Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb.

Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, üç kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

Bu barədə fevralın 12-də Təhsil Nazirliyində keçirilən mətbuat konfransında bu qurumun sektor müdiri Cəsarət Valehov və elm, ali və orta ixtisas təhsili şöbəsi müdirinin müavini Natiq İbrahimov məlumat veriblər.

Bildirilib ki, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompyuter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Ећuşa Musiqi Kolleci Ећuşa Humanitar Kollecinə qoşulur. Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Ећəki Pedaqoji Kolleci və Ећəki Musiqi Kolleci birləşdirilərək Ећəki Dövlət Regional Kolleci, Ећamaxı Humanitar Kolleci və Ећamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Ећamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci kimi fəaliyyət göstərəcək. Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılır.

Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü olduğu kimi qalacaq.

Qeyd olunub ki, orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması bu təhsil pilləsində kadr hazırlığının səmərə və keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil sisteminin tələblərinə cavab verməsinə xidmət edir. Təhsili idarəetmə sisteminin və infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və ölkəmizin inkişaf konsepsiyasına uyğun yenidən qurulması tədbirləri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata keçirilir.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: