İlham Əliyev ABЕћ Dövlət Departamenti rəsmisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29-02-2016, 17:15
586

http://s020.radikal.ru/i705/1602/55/35115cec97a3.jpg


Prezident İlham Əliyev ABЕћ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı "Cənub Qaz Dəhlizi" Məşvərət Ећurasının Bakıda keçirilən ikinci iclasının layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələrin aparılması üçün uğurlu format olduğunu qeyd etdi. Prezident İlham Əliyev ABЕћ hökumətinin layihəyə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edərək, Amos Hokstaynın bu tədbirdə iştirakının önəmini vurğuladı. Dövlətimizin başçısı tədbirin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

ABЕћ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn "Cənub Qaz Dəhlizi" Məşvərət Ећurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə etdi. Ötənilki iclasın səmərəli keçdiyini vurğulayan Amos Hokstayn builki tədbirin layihə üçün önəmli olan indiki dövrdə baş tutmasının əhəmiyyətini qeyd etdi. O, layihənin icrası istiqamətində qarşıda duran müxtəlif məsələlər ətrafında birgə fikir mübadiləsi aparılması üçün iclasın yaxşı imkan yaratdığını vurğuladı.

Mənbə: http://www.president.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: