Niderland Kralliğinin Aqrobiznes Ећirkətlərinin rəhbərləri Aqrar Universitetdə olub

9-03-2016, 19:00
863

http://s017.radikal.ru/i429/1603/de/5d392ed7c5df.jpg

http://s017.radikal.ru/i414/1603/49/1c8aae2bef42.jpg

http://s020.radikal.ru/i700/1603/1e/4aecb8d7d5d6.jpg

 http://s019.radikal.ru/i617/1603/a4/6d602a78f4dd.jpg


ADA Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq əlaqələri davam edir. Niderland Krallığının Rabobank, FossEugenia, Limburgse Land-en Tuinbouwbond, PETC+ şirkətinin nümayəndələri və ADA Universitetinin sahibkarlıq, ticarət və innovasiya mərkəzinin icraçı direktoru Tariyel Mirzoyevin ADAU-ya səfəri də məhz bu əməkdaşlıq çərçivəsində reallaşıb.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, qonaqlarla görüşdə universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər və perspektivlər, ADA Universiteti ilə əlaqələr, tədris və istehsal sahələrinin interqasiyasının əhəmiyyəti barədə danışıb. Qonaqlar ADAU ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, universitetin tələbələrinin təcrübələrinin təmsil etdikləri şirkətlərdə təşkilində maraqlı olduqlarını, habelə son illərdə universitetdə yaradılan şəraitin beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açdığını bildiriblər.
Universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə qonaqlar yeni istifadəyə verilən tələbə yataqxana kompleksində, balıqyetişdirmə laboratoriyasında, bildirçin yetişdirilməsi üzrə mərkəzdə, quşçuluq tədris mərkəzində, pataloji anatomiya muzeyində, laborotoriyalarda, auditoriyalarda olublar.
Səfər çərçivəsində aqronomluq fakültəsində tələbələrlə görüş keçirilib. Qonaqlar görüşdə təmsil etdikləri şirkətlər barədə informasiyalar, təhsil və təcrübə imkanları barədə təqdimatlar veriblər, müzakirələr aparıblar.

Qalib Rəhimli,Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: