Azərbaycan və Gürcüstan uşaq kollektivləri Heydər Əliyev Sarayının səhnəsində

10-03-2016, 08:30
541

http://www.azerbaijan-news.az/images/contents/0ee9ad4f8814060b4f4c4c35d65313b2.jpg


Heydər Əliyev Sarayında Multikulturalizm İli çərçivəsində Azərbaycan və Gürcüstan uşaq rəqs kollektivlərinin "Bahar" adlı xeyriyyə konserti keçirilib. Konsert Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Azərbaycanın Xalq Artisti, Dövlət Rəqs Ansamblının solisti Təranə Muradova və Gürcüstan Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanı təmsil edən "Ећərq çıraqları", "Aysel" və "Səma", habelə Gürcüstanın səkkiz kollektivi iştirak edib.
Gürcüstandan tərkibində mədəniyyət və incəsənət, eləcə də ictimai xadimlər olan 250 nəfərdən ibarət böyük heyət gəlib. Bu, hər iki ölkədə uşaqlar arasında rəqs sənətinin inkişafı istiqamətində ilk layihədir. Konsertin tamaşaçıları uşaq evləri, internat məktəbləri, qaçqın və Qarabağ şəhidləri ailələrindən olan uşaqlar olub.
Tədbir Azərbaycanın ən qədim, sevimli və şən bayramı Novruza həsr edilib.
Gələcəkdə Bakıda müxtəlif ölkələrdən olan uşaq rəqs kollektivlərinin iştirakı ilə beynəlxalq festivalın keçirilməsi nəzərdə tutulur.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: