"Cənub Qaz Dəhlizi" şirkətinin istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanılıb

10-03-2016, 13:00
362

http://www.azerbaijan-news.az/images/contents/4cc617ee2c47a51817ce82b492e40380.jpg


"Ећahdəniz 2", "Cənub Qaz Boru Kəməri", Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi" şirkəti tərəfindən buraxılacaq istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanılıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" bankları səlahiyyətləndirilib. "Lazard Freres SAS" şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir.
Azərbaycan Respublikasının maliyyə naziri Samir Ећərifovun rəhbərlik etdiyi, "Cənub Qaz Dəhlizi" şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 2016-cı il 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu-York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur.
Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 milyard ABЕћ dolları həcmində proqnozlaşdırılır.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: