Azərbaycan Dövlət Aqrar Unversitetinin təcrübə təsərrüfatında innovativ əkin üsulları sınaqdan keçirilir

14-03-2016, 13:00
660

http://s019.radikal.ru/i609/1603/86/634c2be2f0e9.jpg


Azərbaycan Dövlət Aqrar Universitetin Tədris təcrübə təsərrüfatında bir hektar sahədə Tərəvəzçilik Elmi-Tədqiqat İnsitutunun Ећəmkir dayaq məntəqəsindən alınan "Telman" kartof toxumu sortu əkilib və müxtəlif variantlar üzrə becərmə texnologiyasının öyrənilməsi qarşıya məqsəd qoyulub.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən bildirilir ki, bu məqsədlə alınan 3 ton kartof toxumu universitetin kartof səpən texnikası ilə səpilib. Məqsəd təsərrüfatda ilk dəfə olaraq sortun yerli şəraitə uyğunluğu, üzvi və mineral gübrələrə ehtiyacının müəyyənləşdirilməsi, vegetasiya müddətində müxtəlif xəstəlklərə qarşı inteqrir mübarizə tədbirləri tətbiq edilməklə sağlam əkin materialının əldə olunmasıdır.
Bunun üçün Bağçılıq kafedrasının əməkdaşları tərəfindən texnoloji proseslərin ardıcıllıqla yerinə yetirilməsi üçün tədbirlər planı hazırlanıb. Məhsulun yığılmasına qədər proseslər, aqrotexniki qulluq nəzarətdə olacaq.
Bir hektar ərazidə isə Calaqaltı sort kombinasiyasından asılı olaraq meyvə bitkiləri müxtəlif əkin sxemlərində əkilib. Burada isə məqsəd ekstensiv bağ sistemindən intensiv bağ sisteminə keçilməsi üçün əyani şəkildə həyata keçiriləcək tədbirlərin üstünlüklərini nümayiş etdirmək və fermer təsərrüfatlarına səmərəli təkliflər verməkdən ibarətdir.

Qalib Rəhimli,
Azərbaycan Dövlət Aqrar Universitetin Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: