Son dəqiqə:

54,6 min nəfərdən çox şəxs Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunur

17-03-2016, 15:00
469

http://www.azerbaijan-news.az/images/contents/578dbfb5214d1ce69bd457208d95610d.jpg


Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 54 min 623 nəfər şəxs Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslər (həmin şəxslərdən həlak olanların ailə üzvlərinə bu təqaüd ödənilir), 19 114 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13187-i şəhid ailələri, 447 nəfəri Böyük Vətən müharibəsi iştirakçılarıdır. 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə və 315 nəfər 20 Yanvar əlilinə, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 18 min 525 nəfərə, habelə müvafiq təbəqələrdən olan digər vətəndaşlara da nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ödənilir.
Qeyd olunan şəxslərə verilən Prezident təqaüdləri mütəmadi olaraq artırılır. Bu istiqamətdə növbəti addım kimi, dövlət başçısının cari ilin yanvar ayında imzaladığı Fərman və Sərəncamlarla müharibə əlillərinin, şəhid ailələrinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan vətəndaşların və digər müvafiq təbəqələrdən olan vətəndaşların, ümumilikdə nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95 faizə qədərinin təqaüdlərinin məbləği cari il fevral ayının 1-dən 10 faiz artırılıb.
Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunan vətəndaşların sayı da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8 faiz artıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: