Gəncədə baharın gəlişi el şənliyi ilə qarşılanıb

21-03-2016, 14:00
771

http://s017.radikal.ru/i404/1603/73/860625588f48.jpg


Azərbaycan xalqının qədim adət-ənənələrini, həmrəylik, sülh və xeyirxahlıq ideallarını özündə əks etdirən Novruz bayramı Gəncədə böyük coşqu ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, "Gəncəçay" park-bulvar kompleksindən başlayan el şənliyində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və əcnəbi qonaqlar iştirak edib.

Ећənlik iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının nümunələrinə tamaşa ediblər.

Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Ећəfi Vazeh və Cavadxan gəncəliləri Novruz bayramı münasibəti ilə təbrik edib.

Ећəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xalq tətbiqi sənət nümunələrinə, əl işlərindən ibarət sərgilərə baxış keçirilib. Gəncənin rəssamlıq və incəsənət məktəblərinin kollektivləri tərəfindən hazırlanmış sərgidə Novruz bayramını, yazın gəlişini əks etdirən rəsmlər nümayiş olunub. Tədbir şəhərin çadırlarla bəzədilmiş Abbaszadə və Əttarlar küçələrində davam edib. Burada Novruz tonqalı qalanıb. Kosa və Keçəlin duzlu-məzəli çıxışları isə şənliyə xüsusi rəng qatıb.

Ећəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev gəncəliləri Novruz bayramı münasibətilə təbrik edib, Vətənimizin tərəqqisi və qüdrətlənməsi, Gəncənin daha da çiçəklənməsi üçün şəhər sakinlərinə işlərində uğurlar arzulayıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Mustafa Haşim Polad və digər qonaqlar çıxış edərək, Azərbaycan xalqına, o cümlədən Gəncə sakinlərinə Novruz bayramı münasibətilə ən xoş arzularını çatdırıblar.

Bayram tədbirində şəhərin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Ећənlikdə Gəncə Dövlət Filarmoniyasının "Göygöl" xalq çalğı alətləri ansamblı və solistlərinin ifaları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Gəncəyə gələn Artvin rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: