"Ölkəmizi tanıyaq" layihəsinin iştirakçıları Gəncə şəhəri ilə tanış olublar

26-03-2016, 13:00
775

http://www.azerbaijan-news.az/images/contents/824f8b030d9d941fa73b42495d7f51f1.jpg


Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.
AZƏRTAC xəbər verir ki, Gəncə-Ећəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən İmişli, Beyləqan və Kürdəmirdən olan məktəblilər martın 25-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektlərlə tanış olublar.
Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə, məktəblilər Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət ediblər. Komplekslə tanışlığı davam etdirən şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.
Daha sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gəliblər. Burada məktəblilər vaxtilə dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoria Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, "Xəmsə" motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.
Tur-aksiyanı davam etdirən məktəblilərin üz tutduqları növbəti məkan "Qala" Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi olub. Bildirilib ki, muzey Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilib. 1063-cü ildə Ећəddadi hökmdarı Əbüləsvar Ећavurun göstərişi ilə hazırlanan və hazırda Gürcüstanın Helatı Monastırında saxlanan Gəncə qapılarının surəti qala divarlarında quraşdırılıb. Rəmzi olaraq Gəncənin qala divarları formasında inşa edilən tikili hazırda muzey kompleksi kimi fəaliyyət göstərir. Eksponatlarla tanışlıqdan sonra məktəblilər rəmzi qala bürcünün ən yüksək zirvəsindən şəhərin mənzərəsini seyr ediblər.
Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan İmamzadə Dini Memarlıq Kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş quruculuq və abadlıq, yenidənqurma işləri həyata keçirilib.
İmamzadə ziyarətgahının ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra möminlərin rahat ibadəti üçün burada Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan İmamzadə hər kəsdə olduğu kimi, məktəblilərdə də böyük maraq yaradıb.
Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Məktəblilər 1606-cı ilin tarixi yadigarları olan Ећah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan Karvansarayı ilə tanış olublar. Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun türbəsini ziyarət ediblər. Gəncənin tarixi tikililərlə zəngin olan Cavad xan küçəsindəki gəzinti məktəblilərə xoş təsir bağışlayıb.
Məktəblilər daha sonra Məhsəti Gəncəvi adına Mərkəzə gəliblər. Məlumat verilib ki, mərkəz Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanılıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.
Son olaraq məktəblilər Gəncə çayı ətrafında yeni istifadəyə verilmiş Bulvar Kompleksinə gəlib və şəhərlə tanışlıqlarını çay boyunca salınan parklar, xiyabanlar, müxtəlif ictimai iaşə və mədəniyyət obyektləri ilə tanışlıqla davam etdiriblər.
Məktəblilərin ekskursiyasının növbəti məkanı Ећəmkir şəhəri olacaq.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: