Azərbaycan Prezidenti İlham Əliyev ABЕћ-ın ticarət naziri Penni Pritzker ilə görüşüb

31-03-2016, 13:30
466

http://www.azerbaijan-news.az/images/contents/12a307bd3234079f10d5c801b7d28ad2.jpg


Xüsusi müxbirimiz xəbər verir ki, martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ећtatlarının ticarət naziri xanım Penni Pritzker ilə görüşüb.
Görüşdə son vaxtlar ölkəmizdə gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olundu, "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə ABЕћ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: