Azərbaycan Dövlət Aqrar Universitetində kadr hazırlığı təcrübə sahələrindən keçir

1-04-2016, 18:00
611

http://i023.radikal.ru/1604/ea/870b4110bffe.png


http://s019.radikal.ru/i600/1604/c5/621503a8ab5e.png


http://s020.radikal.ru/i712/1604/b0/1fbfe0de7fc2.png


Azərbaycan Dövlət Aqrar Universitetində yüksək ixtisaslı kadr hazırlığı üçün hər cür şərait var. Zəngin lobarotoriyalar, xüsusi tədris otaqları və maddi-texniki baza imkan verir ki, tələbə nəzəriyyəni tam mənimsəyə bilsin.
ADAU-nun mətbuat xidmətindən bildirilir ki, kadr hazırlığı təkcə bununla bitmir. Artıq son illər universitetin tədris planına uyğun təcrübə saatlarına daha çox yer verilir və tələbələr təcrübədə nəzəri biliklərini uğurla sınaqdan keçirirlər. Bu da onların əsaslı biliklərə malik kadr kimi formalaşmasında mühüm rol oynayır.
Universitetin Aqranomluq fakültəsinin Ümumi Əkinşilik, Genetika və Seleksiya kafedrasının müdiri, dossent Azad İbrahimov tədrisin bu cür təşkilini yüksək qiymətləndirir, daha çox səmərə verdiyini bildirir və qeyd edir ki, yüksək ixtisaslı mütəxəssis hazırlamaq həm tədrisin keyfiyyətinin yüksəldilməsindən, həm də təcrübi biliklərin zənginləşdirilməsindən asılıdır. Nəzəriyyə ilə təcrübənin tətbiqinin birgə səmərəsi də məhz bu zaman ortaya çıxır
Artıq Aqranomluq fakültəsinin tələbələri tədrisin bu cür qurulmasında xeyli təcrübə əldə edib. Onlar Goranboy rayonunun Xoylu kəndi ərazisində 6 hektar sahədə biliklərini bacarıqla təcrübəyə tətbiq ediblər. Arpa toxumunun səpinə hazırlanmasından əkinin aqrotexniki qaydalara uyğun aparılmasınadək bütün prosesləri özləri həyata keçirən tələbələr yenidən həmin sahədə olublar və məhsulun çıxışı ilə maraqlanıb, bir sıra vacib aqrotexniki tədbirlər həyata keçiriblər. Universitetin müasir cihazları vasitəsilə torpağın nəmliliyini ölçüblər, hər hektarın məhsuldarlığını hesablayıb və alaq otlarına qarşı aparılan tədbirlərin nəticəsini görüblər. Tələbələr eyni zamanda daha 7 hektar sahədə qarğıdalı əkininə də hazırlığa başlayıb. Təcrübə saatlarında onlar həm də payızda şumlanan torpağın kultivasiyası ilə məşğul olublar. Torpaqda tələb olunan istilik yaranan kimi əkinə başlanılacaq.
Demək yerinə düşər ki, Aqranomluq fakültəsinin tələbələri tez-tez istixanalarda da olur, tərəvəzlərin becərilməsində də yaxından iştirak edirlər. Bu isə o deməkdir ki, artıq Aqrar Universitetdə tədris auditoriyalardan əkin sahələrinə çıxır və sabahın normal kadr hazırlığı üçü bütün imkanlardan istifadə edilir.

Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: