Qarabağda təmas xəttində baş verən gərgin silahlı toqquşmalarla bağlı "Avropa Demokratiya və İnsan Haqları" Fondunun BƏYANATI

5-04-2016, 18:50
569

http://s020.radikal.ru/i701/1604/8f/2ed0494711ce.jpg


"Avropa Demokratiya və İnsan Haqları" Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbərliyi aprelin 1-2- 3-4-də Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli rayonlarında yerli sakinlərlə görüşərək vəziyyətlə yerində tanış olmuşlar.
Son günlər Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli rayonlarında Ermənistan qoşunlarının işğalı altında olan Azərbaycan ərazilərində yerləşən təmas xəttində baş verən gərgin silahlı toqquşmalar və Ermənistan qoşunlarının, Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulmasını və dinc əhalinin yaşadıqları yaşayış sahələrini iri çapli silahlardan, artilleriya və tanklardan atəşə tutması "Avropa Demokratiya və İnsan Haqları" Fondu, Dağlıq Qarabağda Ermənistan silahlı bölmələrinin atəşkəsi pozaraq gücdən istifadəni sərt şəkildə pisləyərək mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənir. Buna görə döyüş əməliyyatları gedən ərazilərdə vəziyyəti stabilləşdirmək üçün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.
Təəssüflər olsun ki, 24 ildən artıqdır ki, Avropa Parlamenti keçirtdiyi iclaslarında, BMT-nin Təhlükəsizlik Ећurasının qəbul etdiyi (822, 853, 874, 884) qətnamələri, Ermənistan dövləti tərəfindən qəbul edilməməsindən, Ermənistandan deportasiya edilmiş, Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından, və hər gün erməni tərəfinin atəşkahı pozaraq atdıqları atəşlərdən dünyasını dəyişən dinc sakinlərin və əsgərlərin həlak olmalarından bircə dəfə də olsun danışmayıb və Qarabağda fəaliyyət göstərən erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qalmış insanların hüquqları bu vaxta kimi təmin olunmamışdır.
"Avropa Demokratiya və İnsan Haqları" Fondu, Avropa Parlamentinin və ATƏT-in Minsk qrupunun nəzərə çatdıraraq bildirir ki, 24 ildən artıqdır ki, Ermənistan dövləti beynəlxalq insan hüquqları normalarına məhəl qoymayaraq insani hərəkətlərə sığmayan vəhşiliyə və vandalizimə hələdə BMT-Təhlükəsizlik Ећurası, Avropa Parlamenti və ATƏT-in Minsk qrupu göz yumaraq işlərini təsirsiz bəyanatlar verməklə bitmiş hesab edirlər. Qarabağda yaşayan ərazilərdə isə bu gündə dinc əhalı hər gün təhlükədə güllə, mərmi altında qorxu həyacanlı günlər yaşayırlar.
BMT Təhlükəsizlik Ећurası və ATƏT-in Minsk qrupu, Qarabağın qeyri-şərtsiz erməni işğalçılarndan təxirə salınmadan azad olunmaları barədə, BMT- Təhlükəsizlik Ећurasının qəbul etdiyi dörd qətnaməsinin icra olunmasını və işğalçı Ermənistan dövlətinin təcavüzü nəticəsində Qarabağdan məcburi köçürülmüş sakinlərin döğma torpaqlarına qaytarılmalarını təmin edilməsi barəsində qətnamə hazırlayaraq, sonu gorünməyən təcəvüzə son qoyulmasına çalışsın. Əks təqdirdə beynəlxalq aləmdə sülhün və demokratiyanın təhlükəyə məruz qalmasına şərait yaranacaq, beynəlxalq normalara, prinsiplərə, habelə inkişaf etmş iri dövlətlərin imicinə də münasibət dəyişəcək.
BMT Təhlükəsizlik Ећurasının və ATƏT-in Minsk qrupu, Azərbaycana qarşı ikili standartlara son qoyaraq, Ermənistan-Azərbaycan münaqişəsinin, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, Ermənistan qoşunlarının, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan və digər ərazilərindən dərhal, qeyi-şərtsiz və tərk edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunmalıdır.

"Avropa Demokratiya və İnsan Haqları" Fondunun Mətbuat Xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: