"Azərikimya" İB-də "İstehsalat tullantı sularının təmizlənməsi qurğusu"nun təməlqoyma mərasimi keçirilmişdir

29-04-2016, 21:00
650

http://s020.radikal.ru/i722/1604/1e/931b5614d2aa.jpg


http://s018.radikal.ru/i515/1604/65/64902c1a1896.jpg


http://s017.radikal.ru/i430/1604/ea/1edfa6247c37.jpg


http://s41.radikal.ru/i094/1604/23/46ace241e658.jpg


http://s014.radikal.ru/i329/1604/dc/a57dcaf5c88a.jpg


http://s011.radikal.ru/i315/1604/fc/8d3220701679.jpg


http://s019.radikal.ru/i633/1604/75/8a5bb49121f0.jpg


http://s50.radikal.ru/i129/1604/5b/ca5f7c9cd8a7.jpg


http://s019.radikal.ru/i638/1604/a4/8949a7fb9bf3.jpg


http://s019.radikal.ru/i641/1604/94/2c3efbaae497.jpg


http://s019.radikal.ru/i618/1604/55/0d759df96c01.jpg


http://s019.radikal.ru/i610/1604/17/827051e1fba4.jpg


http://s020.radikal.ru/i717/1604/29/83d37ed5a814.jpg


http://s020.radikal.ru/i719/1604/31/1fff2d5c31dd.jpg


http://s018.radikal.ru/i509/1604/a1/ec47ab80aa2c.jpg


http://s017.radikal.ru/i405/1604/58/3eb3c1ac4eec.jpg


Aprelin 29-da "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə xanım Hüseynzadənin və digər məsul şəxslərin iştirakı ilə Birliyin struktur bölmələrində əmələ gələn məişət və sənaye çirkab sularının təmizlənməsi qurğusunun təməlqoyma mərasimi keçirilmişdir.
"Azərikimya" İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov Birlik müəssisəВ¬lərində məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı məlumat verərək bildirmişdir ki, 1967-ci ildən bəri fəaliyyət göstərən "Təmizləyici qurgular" sahəsinin istismar müddətinin başa çatdığı, mənəvi və fiziki cəhətdən köhnəldiyi nəzərə alınaraq, müasir standartlara cavab verən yeni qurğunun tikintisi üçün layihə sənədləri SOCAR-da təsdiq edilВ¬miş, qurğunun layihəВ¬lənВ¬dirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satın alınması məqsədilə 2014-cü ilin noyabr ayında "Azərikimya" İstehsalat Birliyi tərəfindən açıq müsabiqə (tender) elan edilmişdi. Paralel olaraq isə 35 xariВ¬ci şirkətə tenderlə bağlı sənədlər toplusu təqdim olunmuşdu. Nəticə etibarilə Türkiyənin "İdeal Atık və Su Arıtma Sistemləri" şirkəti tenderin qalibi elan olunmuş və 28 iyul 2015-ci il tarixində bu şirkətlə "Azərikimya" İB arasında layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır.
Yeni qurğunun kimya sənayesi və ümumilikdə Sumqayıt şəhəri üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanan təməlqoyma mərasimində qeyd olunmuşdur ki, mövcud sutəmizləmə qurğusu geniş bir ərazini (22 ha) əhatə etdiyi halda, yeni qurğu cəmi 1 ha ərazidə inşa olunacaq. Layihə gücü 2500 m3/gün olan qurğuda sutka ərzində 520 m3 məişət çirkab sularınin, 1980 m3 isə kimyəvi çirkab sularının maksimum dərəcədə (dünya standartlarına uyğun) təmizlənməsi mümkün olacaq, həmçinin xeyli elektrik enerjisinə və əmək sərfinə qənaət etmək imkanı yaranacaqdır.
Təməlqoyma mərasimində həmçinin "Azərikimya" İB-nin müəssisələrində icra olunan digər layihələrə də toxunulmuş, kimya sənayesinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə və SOCAR rəhbərliyinə minnətdarlıq ifadə olunmuşdur.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: