Azərbaycan ilə Qətər arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var

10-05-2016, 14:45
420

http://www.azerbaijan-news.az/images/contents/24ad3c03e97d3bf3e2eb8502e22a263d.jpg


Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.
AZƏRTAC xəbər verir ki, bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Qətər İnvestisiya Qurumunun biznesin inkişafı idarəsinin rəisi Ећeyx Əbdüləziz Ali Əl Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində mayın 10-da Bakıda keçirilən Azərbaycan-Qətər işgüzar görüşündə deyib.
Nazir müavini Azərbaycan ilə Qətər arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb. İki ölkə arasında hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrup fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüşlər təşkil olunur. Niyazi Səfərov bugünkü işgüzar görüşün əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Nümayəndə heyətinə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış şərait barədə geniş məlumat verilib.
Qətər İnvestisiya Qurumunun biznesin inkişafı idarəsinin rəisi Ећeyx Əbdüləziz Ali Əl Tani ölkələrimiz arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanın iqtisadi uğurları qətərli iş adamları tərəfindən yüksək qiymətləndirilir. Hər iki ölkənin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin investisiya mühiti və biznes imkanlarına, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.
Sonda Qətər İnvestisiya Qurumunun analitiklərinin sualları cavablandırılıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: