Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərsləri davam edir

11-05-2016, 14:00
1 126

http://s018.radikal.ru/i502/1605/89/c4591b769b62.jpg

http://s019.radikal.ru/i634/1605/0f/cee6fb25f44e.jpg

http://s018.radikal.ru/i500/1605/9f/61a9423b2ca8.jpg


Azərbaycan Dövlət Aqrar Universitetində tədris proqramına daxil edilən ustad dərslərində ayrı-ayrı sahələrin mütəxəssisləri ilə yanaşı biznes sektorunun nümayəndələri də iştirak edir, təcrübə dərslər aparırlar.
ADAU-nun mətbuat xidmətinin məlumatında deyilir ki, aparıcı şirkətlərin, müəssisələrin və təşkilatların nümayəndələrinin, mütəxəssislərinin Aqrar Universitetdə praktiki dərslər aparması artıq ənənə halını alıb. Bu da tələbənin sahib olacağı ixtisasın sirrlərinə daha müəmməl yiyələnməsinə şərait yaradır. Biznes sektorunu təmsil edən müətəxəssislərin qonaq mühazirəçi qismində dəvət olunmaları, onların öz təcrübələrini tələbələrini bölüşmələri də bu məqsədlə həyata keçirilir, ən əsası tələbələrin böyük marağına səbəb olur.
Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayevin ingilis dilində təhsil alan "dünya iqtisadiyyatı" ixtisası üzrə bakalavr pilləsinin tələbələrinin "Milli iqtisadiyyatın inkişafında bankların tənzimləyici rolu" mövzusunda tədris etdiyi dərs də xüsusi maraqla dinlənilib və tələbələr bank sektoru ilə bağlı suallara dolğun, elmi əsaslara söykənən cavablar alıb.

Qalib Rəhimli,
Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: