Müzəffər MƏZAHİM."Səni gözləyirəm"

1-06-2016, 12:30
513

http://s41.radikal.ru/i093/1605/08/aceee0e0d5a4.png


Əlçatmazsan...
Qəlbimin ən müqəddəs
Arzusu kimi.
Qəddarsan...
Alın yazısı kimi.
Amma mən
Səni sevməyimə
Peşiman deyiləm.
Olduğun kimi qal,
Belə gözəlsən...
Inanıram
bir gün mənə dönəcəksən...
Son dayanacağın
sərnişini kimi,
arxayın-arxayın
gözləyirəm
son qərarını...
Peşiman eləmə məni.

2012


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: