"Cənubi Azərbaycan şairinin şeir kitabına Ећimali Azərbaycanın gənc yazarının baxışı"

28-08-2015, 16:00
1 118

http://s019.radikal.ru/i613/1508/31/1568eaa5ecf4.jpg

Sayman Aruzun kitabını əlimə alanda kitabın adı mənə çox qəribə, qəribə olduğu qədər də çox maraqlı gəldi. "Paltarlarım adamsızdir".Bu kitabı oxumağa başladım. Kitabı əldə etdiyim gün evə gələndə yol boyu boş durmayıb kitabı vərəqlədim .İlk qarşılaşdığım şeir isə "Ana" şeiri oldu.

Ey qadın şəklində vətənim mənim!
Ətindən, qanından yarandı bədən.
Sonra bu ət-qana , qeyrət qatdılar,
Dağ oldu, daş oldu və oldu vətən.

Mənə görə şair bu şeirdə anaya vətən gözü ilə baxır və övladın həmin vətənin sahəsində

böyüdüyünü demək istəyib.
Buludlar öpüşsə şimşək doğulur,
Sevgi buludların ildırımıdır.
Bizim sevdiyimiz qurban bayramı,
Yazıq qoyunların soyqırımıdır!-

Qarşıma çıxan şeirlərdən biri bu oldu. Bu şeirdə isə şair qeyd etdiyimiz qurban bayramını qoyunların soyqırımı adlandırır.

Dost ilə gülüb-danışmağım olsaydı,
Söykənməyimə bir dayağım olsaydı.
Hərdən başıma vurur duram şərcə olam,
Çəh-çəh deməyə kiçik bağım olsaydı...

Ећair bu şeirdə gülüb-danışmağa, söykənməyə, çəh-çəh deməyə bağ istəyir. Kitabda növbəti diqqətimi cəlb edən "Nə olubdur sənə?!"adlı şeir oldu.

Nə olubdur sənə?!
Bütün adlar səninlə başlayır.
Və boğazınla bütün adamlar səslənilir.
Buludların ipini burax,
Gecə qaranlıqdır,
Və hər insan,
Yeni bir üsyan!-

Bu şeirdə isə sanki kiməsə nə olubdur sənə sualı verilir.Bəndin sonunda hər bir insanın yeni bir üsyan olduğunu deyir şair. Bu şeir kitabını oxuduqca şair Cənubi Azərbaycanlı olduğuna görə sanki mən də orani səyahət edib qayıtdim. Amma mən bu şairi Cənubi Azərbaycanlı deyil, bütöv Azərbaycanlı hesab edirəm.

Müəllif:Gültən Qədirli
05 may 2015


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: