"Azərbaycanlı olmaq nə deməkdir?" III hissə

4-09-2015, 14:50
1 107

http://s018.radikal.ru/i519/1507/ed/542d46b87a27.jpg


• Korporativ emaildən, iş telefonundan saatlarla şəxsi söhbətləri etmək üçün, qeybət əlaqə vasitəsi kimi istifadə etməkdir;
• OTKAT-ın hər gün mükəmməlləşmiş və qeyri-adi, mürəkkəb mexanimzləri üzərində düşünmək, axtarmaq və tapmaqdır;
• Ећəbəkə marketinqi və digər maliyyə dələduzları, maliyyə piramidalarına yalan vədlər müqabilində iri məbləğlərdə pul qoymaq və sonra aldadıldığını anlamaq və pulunu geri qaytarmağı istəməkdir;
• Evdəki qız müəyyən yaşa çatdıqda, ailə qurmayanda, ailədə müəyyən problemlər olduqda, molla yanına gedib dua yazdırmaq, o duanı özünlə daşımaq, insan aıdını daşıyan pirlərə gedib, insanları Allaha bərabər tutmaq, ölmüş insanlara dua etmək və arzularının gerçəkləşməsini istəmək, falçılara inanmaq və onlara külli miqdarda pul vermək, müsbət nəticəsinin olacağı ümidiylə aldadılmaqdır.
• Yüksək səviyyədə beynəlxalq tədbirlərdə qanunla qadağan edilmiş ikili vətəndaşlıq və off-shore zonaları təbliğ və reklam etməkdir, ölkə qanunvericiliyinə zidd getmək və vergidən yayınmanı stimullaşdırmaqdır;
• Tez-tez ictimai panikaya qapılıb, milli iqtisadiyyata zərər vurmaq, devalvasiya və inflyasiyanın yaranmasına və inkişafına, digər xoşagəlməz iqtisadi risklərin formalaşmasına şərait yaratmaqdır;
• Məşhur olmaq və gündəmdə qalmaq üçün gündəlik özünü qara pr etmək, xoşagəlməz şaiyə və xəbərlərin yayılmasını təmin etmək və sonra onun təkzib edilməsini tələb etmək və qarşı tərəfi məhkəməyə verməklə, kosmik məbləğdə mənəvi və maddi təzminat tələb etməkdir;
• Yerli, yersiz hamıya məsləhət vermək, digərlərinin həyatına, arzu və seçimlərinə müdaxilə etmək, onlara hörmət etməməkdir.
• Xarici səyahət və ya məzuniyyətini xaricdə keçirtmək (14 günlük istirahət üçün) bankdan istehlak və ya səyahət kreditini götürüb, ilin 11 ayını o krediti hər ay ödəməkdir.
• Uşaq telekanallarının olmaması və uşaq verilişlərinin olmaması və uşaqlar üçün yerli, maarifləndirici cizgi filmlərinin olmaması səbəbini göstərərək, uşaqlarımıza digər ziyanlı verilişlərə, seriallara baxmasına, komputer oyunlarına meyl etməsini dəstəkləməkdir.

Günel Fərhadqızı Emin


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: