Unutmayın ki, sizin ani səhlənkarlığınız özünüzün və başqalarının həyatını alt-üst edə bilər

9-12-2015, 16:40
880

http://s019.radikal.ru/i614/1512/25/43dbd4f971c5.jpg


Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqğın, millətin təhlükə mənbəyinə çevirilən avtomobil qəzalarıdır. Dünyada avtomobil qəzalarda hər il, 1,5 milyonadək insan dünyasını dəyişir. 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır.
Azərbaycanda isə 23 ildən artıq davam edən, Qarabağ mühaibəsindən əlavə, yeni bir ölüm növü həyatımıza daxil olaraq, günümüzün ən aktual və bəlalı problemlərindən birinə çevirilibdir.
Müharibə, təbii fəlakətlər müəyyən zaman davam edir və bitir, bitməsilə də kütləvi insan qırğınına da son qoyulur. Müharibə və təbii fəlakətlər müəyyən bir ərazini əhatə edir, avtomobil qırğını isə svilzasiyanın olduğu bütün əraziləri əhatə edir və zamansızdır - nə zaman insanı haqlayacağı məlum deyil.
Azərbaycanda son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın və hər 2,4 avtomobil qəzasından biri ölümlə nəticələnir. Təəsüflər olsun ki, hər gün "Avtomobil qəzası nəticəsində coxlu sayda adam öldü" Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Hətta "Bir ailənin bir neçə üzvünün qəzalarda həlak olması" haqqıda xəbərləri eşidirik.
Azərbaycanda hər il təxminən, 3000-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən çox insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır. Təşkilatımızın, son illər ərzində apardığı araşdırmalara əsasən, I-ci Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min itgi vermişdirsə, avtomobil yol qəzaları nəticəsində isə ümumilikdə 30 mindən artıq insan tələfatı olduğu müəyyən olmuşdur.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, 2014-ci ilin 1 yanvardan, 31 oktyabra kimi 10 ay müddətində respublika ərazisində 2212 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 951 nəfər ölüb, 2227 nəfər yaralanaraq xəsarət almışdır.
2015-ci ilin 1 yanvardan, 31 oktyabra kimi 10 ay müddətində isə respublika ərazisində 1846 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 741 nəfər ölüb, 1905 nəfər yaralanaraq xəsarət alıb. Müşahidələrimizə əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə 366 yol-nəqliyyat hadisəsi, 210 ölüm faktı, 322 xəsarət faktı azalıb. Hesabat dövründə 410 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat
hadisəsi qeydə alınıb. Nəticədə 147 nəfər ölüb, 319 nəfər xəsarət alıb. Hesabat dövründə baş verən qəzalarda ölənlərin 50 , yaralananların isə 99-u azyaşlıdır. Ölən azyaşlı uşaqlardan 17 nəfəri 7 yaşına qədəd, 43 nəfəri isə 7 yaşından 16 yaşlarnda olmuşdur.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2015-ci ilin 10 ay müddətində Mərkəzdə 16000 sərxoş sürüçü qeydiyatdan keşərək müainə edilmişdir. Sərxoş sürücülərin törrəddiyi 48 yol-nəqliyyat hadisəsində 24 nəfər ölmüş, 61 nəfər isə ağır yaralanmışdır.
Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər.
Bu gün rayon xəstəxanalarımız avtomobil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, hospitallara bənzəyir. Axı, 7- 16 yaşlı uşaqların nə günahı var ki, bu uşaqlar heç böyümədən nəqliyyat hadisəsinin qurbanları olurlar.
Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımız da müharibə şəraitindədi. Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlükə hələ davam edir. Bu problem ictimayyəti narahat edən ən aktual problemlərdən biridir.
Buna görədə, Azərbaycanda magistral avtomobil yollarında və yol dairələrində, mövcud, avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinin istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikası В«Beynəlmiləlçi Əlil DöyüşçülərВ» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ећurasının maliyyə dəstəyi ilə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə "Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!" layihəsini həyata keçirir.
Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata keçirilən "Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!" layihəsi sahəsində görüləcək təbliğat-təşviqat işləri avtomabil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinə öz dəyərli tövhəsini verəcəkdir.
Əziz vətəndaşlar, təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Çalışaq yol qurbanı olmayaq. Siz də, yol qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın və düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq…
Əziz sürücülər, "UNUTMAYIN Kİ, SİZİN ANİ SƏHLƏNKARLIДћINIZ, ÖZÜNÜZÜN VƏ BAЕћQALARININ HƏYATINI ALT-ÜST EDƏ BİLƏR!"

Sərraf ORUC,
Azərbaycan Respublikası В«Beynəlmiləlçi Əlil DöyüşçülərВ» Fondunun Prezidenti və layihənin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: